logo

Azərbaycan Respublikası Kikboksinq Federasiyası

İlkin olaraq bu təşkilatın adı AKMF - Azərbaycan Kikboksinq və Muey-Tay Federasiyası (AKMF) idi. Federasiya 1993-cü ildə Azərbaycan Respublikası Əməkdar Xadimi, Uşu Federasiyasının prezidenti Azər Həsənsoy (1993-2000-ci illərdə AKMF-ın Prezidenti) tərəfindən yaranmışdır.

1999-cu ildə Azərbaycan Kikboksinq və Muey-Tay Federasiyasının Prezidenti olan Azər Həsənsoy tərəfindən Milli komandanın rəisi və beynəlxalq əlaqələr üzrə menecer vəzifəsinə Sadıx Bağırov təyin olunmuşdur.

2000-ci ildə Azərbaycan Kikboksinq və Muey-Tay Federasiyasının Prezidenti Millət Vəkili Adil Əliyev seçilmişdir.

2000-ci ildə AKMF-nın 1-ci Vitse-Prezidenti Oqtay Mehtiyev təyin olunmuşdur (2008-ci ildə istefaya verdi). 2001-ci ildə Namiq Əsgərov və Ramiz Quliyev AKMF-nın Vitse-Prezident vəzifələrinə təyin olunublar.

2008-ci ildə Güloğlan Cabbarov Azərbaycan Kikboksinq Federasiyasının Vitse-Prezidenti təyin olunmuşdur.

12 dekabr 2008-ci ildə İdarə Heyyətinin qararı ilə Azərbaycan Kikboksinq və Muey-Tay Federasiyası iki müstəqil təşkilatlara bölünub və hal-hazırda respublikamızda kikboksinqin inkişafını Azərbaycan Kikboksinq Federasiyası davam edir.

 

Naxçıvan Muxtar Respublikasında kikboksinqin inkişafı

Naxçıvan Muxtar Respublikasında kikboksinq idman növünün təşkilatlanması və inkişafı məqsədilə 5 aprel 2018-ci il tarixdə «Gülüstan» və «Vətən» kikboksinq idman klubunlarının təsis konfransları keçirilmişdir. Adları qeyd olunan klubların əsasında 27 Fevral 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Mərkəzi Stadionunun iclas zalında, Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının yaradılması ilə əlaqədar təsis iclası keçirilmişdir. Tədbir Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi aparatının əməkdaşları, rayon (şəhər) Gənclər və İdman İdarələrinin rəisləri və kikboksinq idman növü üzrə məşqçi-müəllim heyətinin iştirakı ilə baş tutmuşdur.

İclasa sədrlik edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov çıxış edərək, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığıyla yaradılan federasiyanın, idmanın bu növü üzrə fəaliyyətin daha mütəşəkkil xarakter alması və bu sahədə kütləviliyin artırılması baxımından əhəmiyyətindən, bu idman növünün muxtar respublikada gələcək inkşafı ilə bağlı görüləcək tədbirlərdən bəhs etmiş, həmçinin qeyd etmişdir ki, yeni yaradılacaq federasiyanın əsas fəaliyyət istiqamətləri muxtar respublika gəncliyinin vətənpərvərlik ruhunda və sağlam mühitdə formalaşdırılması, kikboksinq üzrə idmançı və məşqçi heyətinin hazırlıqlarının daha da gücləndirilməsi, bu sahədə peşəkarlıqlarının artırılması və muxtar respublika idmançılarının ölkə və beynəlxalq miqyaslı idman yarışlarında iştirakının təmin edilməsindən ibarətdir.

Daha sonra, gündəlikdə duran məsələlər tədbir iştirakçılarının müzakirəsinə çıxarılmış, bu mövzuda məşqçi-müəllim heyətinin rəy və təklifləri dinlənilmişdir. İclas Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının yaradılması barədə qəbul edilmiş qərar layihəsinin oxunuşu ilə başa çatdırılmışdır.

 

 

© MÜƏLLİFLİK HÜQUQU 2018 NAXKF.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.