logo

Kikboksinq idman növü haqqında ümum məlumat

Kikboksinq — idmanı müxtəlif texnikaların birləşdiyi müdafiə idmanıdır. Tamamilə fərqli olan 2 idman növünün-Karate və Muay Tay idman növlərinin birləşməsindən əmələ gələn gücə və texniki biliyə əsaslanan idmandır. Kikboksinq ən ağır idman növlərindən biri hesab olunur. Bu idman təkcə hücum üçün deyil eyni zamanda müdafiə üçündür. Təpik və yumruq eyni vaxtda işləndiyi üçün xüsusi əlcək,kask və diş üçün qoruyuculardan istifadə etmək mütləqdir.

Kikboksinqin 3 əsas forması ayrılır: Semi contact, light contact, full contact

Semi contact

Bu növdə adətən 57 kq-dan 94 kq-ya və daha çox ağırlıqlı idmançılar döyüşür. Hər biri 2 dəqiqə olmaqla döyüş 3 raund keçirilir. Başın üstü, boyun və bel hissələrə vurmaq qadağandır.

Light contact

Digər xüsusiyyətləri Semi contactla eyni olsa da, fərqli olaraq bu növdə sürət daha vacibdi. Və adətən döyüş dayandırılmır. Xal hesabı ilə və ya nakaultla bitir.

Full contact

Adından da göründüyü kimi bu növdə rəqiblə sonuna qədər mübarizəyə başlanılır. Kikboksinqinən peşəkar növüdür.

 

© MÜƏLLİFLİK HÜQUQU 2018 NAXKF.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.