logo

Kikboksinq üzrə yoldaşlıq görüşü keçirilib

2019-03-01 / 16:13:10

30 yanvar 2019-cu il tarixdə Şərur və Kəngərli rayon Gənclər və idman idarələrinin birgə təşkilatçılığı ilə "2 fevral - Gənclər günü"nə həsr olunmuş kikboksinq üzrə yoldaşlıq görüşü keçirilib.
15 çəki dərəcəsində keçirilən yarışda 40-a yaxın yeniyetmə idmançı iştirak edib.
Yekunda "Şərur" komandası 8:7 hesabı ilə qalib gəlib.
Yarış iştirakçılarına təşkilatçılar tərəfindən diplomlar təqdim olunub.

© MÜƏLLİFLİK HÜQUQU 2019 NAXKF.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.