logo

Kikboksinq birinciliyinə yekun vurulub

2019-03-01 / 16:12:21

“Naxçıvan Muxtar Respublikası - 95” devizi altında yeniyetmə və gənclər arasında kikboksinq üzrə muxtar respublika birinciliyi keçirilib.

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən birincilikdə idmançılar müxtəlif yaş qruplarında 13 çəki dərəcəsində mübarizə aparıblar. 50-dən çox idmançının iştirak etdiyi birinciliyin keçirilməsində məqsəd həm də ölkə çempionatına yollanacaq Naxçıvan komandasının heyətini formalaşdırmaq olub.

Birinciliyin yekun nəticəsinə əsasən, 2005-2006-cı illər təvəllüdlü idmançılar arasında Akif İsmayılov (30 kiloqram, Naxçıvan), Mehman Abbasov (36 kiloqram, Şərur) və Raiq Rəcəbli (39 kiloqram, Naxçıvan) bütün rəqiblərinə qalib gələrək çempion adını qazanıblar. 2003-2004-cü illər təvəllüdlü idmançıların mübarizəsində isə Qadir Əliyev (45 kiloqram, Turan İdman Klubu), İbrahim Əsədli (48 kiloqram, Turan İdman Klubu), Elton Səfərli (51 kiloqram, Kəngərli), Fərid Məhərrəmov (54 kiloqram, Turan İdman Klubu), Tural Hacıyev (57 kiloqram, Naxçıvan) və Ayhat İmranlı (60 kiloqram, Şərur) hamıdan güclü olublar. 2001-2002-ci illər təvəllüdlü idmançılardan 57 kiloqram çəki dərəcəsində Rəhim Əşrəfov rinqdə rəqib tanımayıb. 2000-2001-ci illə təvəllüdlü idmançılar arasında isə Elmin Quliyev (63 kiloqram, Naxçıvan), Elnur Nuriyev (67 kiloqram, Naxçıvan) və Yusif Quluzadə (71 kiloqram, Turan İdman Klubu) birinci yerə layiq görülüblər.

Sonda qalib idmançılar diplomlarla mükafatlandırılıblar.

© MÜƏLLİFLİK HÜQUQU 2019 NAXKF.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.