logo

Ölkə birinciliyindən beş medal

2019-02-18 / 07:47:54

       Bakı şəhərindəki Şağan Olimpiya-İdman Kompleksində 15-17 fevral tarixlərdə kikboksinq üzrə yeniyetmə və gənclər arasında keçirilən Azərbaycan birinciliyi keçirilib.

     Birincilikdə Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının yetirmələri də mübarizə aparıb. Kikbokçularımızın əksəriyyətinin ilk dəfə ölkə miqyaslı yarışda iştirak etməsinə baxmayaraq, uğura imza atıblar. Belə ki, qızların mübarizəsində 60 kiloqram çəki dərəcəsində Lalə Namazlı gümüş medal qazanıb.

     Oğlanların yarışında isə idmançılarımız 4 müxtəlif əyarlı medal əldə ediblər. +81 kiloqram çəki dərəcəsində Məmməd Məmmədli fəxri kürsünün ikinci pilləsinə qalxıb. Qənbər Nəqiyev (51 kiloqram), Elnur Nuriyev (67 kiloqram) və Yusif Quluzadə (71 kiloqram) isə birinciliyi üçüncü pillədə başa vurublar.

     Sonda qalib idmançılarımız diplom və medalla təltif olunublar.

© MÜƏLLİFLİK HÜQUQU 2019 NAXKF.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.