logo

İdmançılarımız ölkə birinciliyində uğurla çıxış ediblər

2020-03-19 / 15:29:50

26-29 aprel 2019-cu il tarixlərdə Sərhədçi Olimpiya İdman Kompleksində kikboksinq üzrə katedlər arasında ölkə birinciliyi və böyüklər arasında ölkə çempionatı keçirilmişdir. Yarışda Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının yığma komandasının da iştirakı təmin edilmişdir. Birincilikdə idmançılarımız uğurla çıxış edərək yüksək nəticələrə nail olmuşlar. Belə ki, idmançılarımızdan Musayev Ruslan 63 kq çəki dərəcəsində, Abdullayeva Röya 32 kq çəki dərəcəsində, Hüseynova Duyğu 50 kq çəki dərəcəsində I yerin, Kərimov Sadiq isə 26 kq çəki dərəcəsində III yerin qalibi olmuşdur. Qaliblərimiz Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən diplom və medallarla mükafatlandırılmışdır.

© MÜƏLLİFLİK HÜQUQU 2020 NAXKF.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.