logo

"Heydər Əliyev Kuboku" turniri başa çatıb

2019-06-09 / 07:40:24

Ümummilli lider Heydər Əliyev anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Heydər Əliyev Kuboku" uğrunda yeniyetmələr və kadetlər arasında keçirilən kikboksinq üzrə Naxçıvan Muxtar Respublika açıq turnirinə yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Kikboksinq Federasiyasının birgə təşkil etdiyi turnirdə İran İslam Respublikasının və Rusiya Federasiyasının komandalar ilə yanaşı, Bakı şəhəri, "Neftçi,, "Teyd", "Qarabağ", "Zirvə", "Alliqator", "Ağsu", "Ağcabədi" və Naxçıvan Muxtar Respublikasının komandaları da mübarizə aparıblar.
Turnirdə 100-ə yaxın idmançı rinqə çıxıb.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra turnir bədii hissə ilə davam edib. Naxçıvan Dövlət Filarmoniyasının musiqi və rəqs ansmablının bir-birindən rəngarəng ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Sonra final görüşlərinə start verilib.
Əvvəlcə rinqə kadetlər (10-13 yaşlılar ) çıxıb. Şahin Əfəndiyev (26 kiloqram), Ramal Qəribli (28 kiloqram), Sübhan Məmmədov (32 kiloqram), Kənan Cəfərov (37 kiloqram), Vüqar Məmmədov (42 kiloqram), Əsgər Musayev (47 kiloqram) və Zeynalabdin Musayev (+47 kiloqram) öz çəki dərəcəslərində bütün rəqiblərini üstələməyi bacarıblar.
13-15 yaşlı yeniyetmələrin mübarizəsində isə Azər Zamanlı (39 kiloqram), Nicat Abbasov (42 kiloqram), İsmayıl Yaqubov (47 kiloqram), Əli Qasımov (52 kiloqram), Fərid Məhərrəmov (57 kiloqram), Ərşia Əhmədyan (63 kiloqram, İran), Nəriman Nərimanov (69 kiloqram) və Şakir Həmzəyev (+69 kiloqram) hamıdan güclü olublar.
15-17 yaşlı yeniyetmələr arasındakı görüşlər isə daha maraqlı idman mübarizəsi şəraitində keçib. Bu yaş qrupunda Mehran Salehyan (57 kiloqram, İran), Kian Rzazadə (60 kiloqram, İran), Aqşin Hacızadə (71 kiloqram), Qədir Məmmədrza (75 kiloqram, İran) və Rza Rəhimpur (91 kiloqram, İran) turnirin qalibi oloublar.
Qızların mübarizəsində isə Xədicə Mustafayeva (32 kiloqram) rinqdə bütün rəqiblərinə qalib gəlməyi bacarıb.
Sonda bütün çəkilərdə uğurlu nəticə göstərən "Neftçi" komandası "Heydər Əliyev Kuboku" ilə təltif olunub.
Mükafatı Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov təqdim edib.
Eyni zamanda muxtar respublikada kikboksinqin inkişafına göstərdikləri dəstəyə görə Elnur Alıyev, Könül İsmayılova və Təbriz İmanov xüsusi mükafatla təltif olunublar.

© MÜƏLLİFLİK HÜQUQU 2019 NAXKF.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.