logo

Naxçıvan şəhər açıq birinciliyi yekunlaşıb

2020-03-19 / 15:46:52

15 iyul 2019-cu il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmə və gənclər arasında kikboksinq üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilmişdir. Birinciliyin açılış mərasimində çıxış edənlər yarışın keçirilməsi haqqında idmançılara geniş məlumat vermiş və onlara uğurlar arzulamışlar. Naxçıvan MR Kikboksinq Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən açıq birincilikdə Naxçıvan şəhərinin idmançıları ilə yanaşı Şərur, Babək, Kəngərli rayonlarının həmçinin, Turan və Odlar Yurdu İdman klublarının idmançıları da iştirak etmişdir. 2 yaş qrupunda 11 çəki dərəcəsi üzrə 60-a yaxın idmançının iştirak etdiyi yarışın yekununa əsasən 13-15 yaş qrupunda Sadiq Hacıyev (36 kq, Naxçıvan), Azər Zamanlı (39 kq, Naxçıvan), Vaqif Orucov (42 kq, Turan İK), Şəmsəddin Əliyev (47 kq, Naxçıvan), Miryusif Seyidbəyli (52 kq, Turan İK), Elton Səfərli (57 kq, Kəngərli) və Fərid Məhərrəmov (63,5 kq, Turan İK), 15-17 yaş qrupunda isə Raul Seyidli (48 kq, Şərur), Qənbər Nəqiyev (54 kq, Naxçıvan), Ayhat İmranlı (60 kq, Şərur) və Sunay Şükürlü (71 kq, Naxçıvan) bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olmuşlar. Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları, Naxçıvan MR Kikboksinq Federasiyanın isə medalları təqdim edilmişdir.

© MÜƏLLİFLİK HÜQUQU 2020 NAXKF.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.