logo

Şəhər birinciliyinə yekun vurulub

2019-08-09 / 06:34:55

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə yeniyetmə və gənclər arasında kadetlər arası kikboksinq üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.

     Birinciliyin açılış mərasimində çıxış edən Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov, Kikboksinq Federasiyasının sədri Xəyal Abdullayev yarışın keçirilmə məqsədi haqqında idmançılara geniş məlumat verib, onlara uğurlar arzulayıblar.

     Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən açıq birincilikdə Naxçıvan şəhərinin idmançıları ilə yanaşı Şərur, Babək, Culfa, Kəngərli rayonlarının həmçinin, “Turan” və “Odlar Yurdu” İdman klublarının idmançıları da iştirak edib.

     3 yaş qrupunda 22 çəki dərəcəsi üzrə 100-dən çox idmançının iştirak etdiyi yarışın yekununa əsasən qızlar arasında Röya Abdullayeva (32 kiloqram, Turan İK), oğlanlar arasında isə 7-8 yaş qrupunda Asim Kərimli (18 kiloqram, Turan İK), Eldar Novruzov (20 kiloqram, Turan İK), Cəsur Mahmudov (22 kiloqram, Şərur), Uğur Məmmədli (24 kiloqram, Şərur), Turqay Cəfərov (26 kiloqram, Culfa), Qəhrəman Abdullayev (28 kiloqram, Turan İK) və Əbülfəz Cəfərov (32 kiloqram, Turan İK) qalib adını qazanıblar.

     9-11 yaş qrupunda Əli Qasımov (24 kiloqram, Turan İK), Səid Nəsirov (26 kiloqram, Odlar Yurdu İK), Oğuz Məmmədli (28 kiloqram, Turan İK), Səid Abbaslı (30 kiloqram, Turan İK), Məhəmməd Məmmədli (32 kiloqram, Kəngərli), Uğur Əliyev (36 kiloqram, Naxçıvan), Raməddin Abdullayev (39 kiloqram, Kəngərli) və Əbülfəz Zeynallı (39+ kiloqram, Şərur) hamıdan güclü olublar.

     12-13 yaş qrupunda isə Sinan Kazımov (32 kiloqram, Şərur), Sadiq Hacıyev (35 kiloqram, Naxçıvan), Hüseyn Həsənov (38 kiloqram, Şərur), Mirinam Seyidov (42 kiloqram, Naxçıvan), Ramal Qurbanov (47 kiloqram, Şərur) və Zeynalabdın Musayev (52 kiloqram, Şərur)  bütün rəqiblərini üstələyəməyi bacarıblar.

     Sonda hər çəki dərəcəsində ilk üç yeri tutan idmançılara təşkilatçılar tərəfindən diplom və medallar təqdim edilib.

© MÜƏLLİFLİK HÜQUQU 2019 NAXKF.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.