logo

Naxçıvanda kikboksinq turnirinə start veriləcək

2018-09-30 / 12:18:58

Naxçıvanda mayın 1-də Şərur Rayon Olimpiya İdman Kompleksində Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan kikboksinq üzrə peşəkarlararası IX ənənəvi turnir keçiriləcək.

"Report"un xəbərinə görə, turnir Azərbaycanın və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman nazirliklərinin və Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.

Kikboksinq Federasiyanın prezidenti, Milli Məclisin deputatı Adil Əliyev deyib ki, yarışda iki-K-1 və low-kik versiyaları üzrə 14 idmançı gücünü sınayacaq: “Yığma komandanın ən güclüləri həm kəmər uğrunda, həm də kubok uğrunda döyüşəcəklər. Hesab edirəm ki, dəfələrlə dünya və Avropa çempionu adını qazanmış kikboksçularımızın yarışı olduqca maraqlı keçəcək".

@muellif huqulari qorunur