logo

Nazir qız idmançıları mükafatlandırdı

2018-10-01 / 13:59:17

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda kikboksinq üzrə uşaq, yeniyetmə və gənc­lər arasında Naxçıvan Muxtar Respublika turniri yekunlaşıb.

80-ə yaxın idmançının mübarizə apardığı turnirdə balaca qızların da iştirakı diqqət çəkib.  Final görüşlərindən sonra qalibləri mükafatlandıran Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri, Kikboksinq Federasiyasının sədri Azad Cabbarov qız idmançılara hədiyyələr verərək onları sevindirib, idmana daha da həvəsləndirmək üçün onlarla idman duruşunda şəkil çəkdirib.

© MÜƏLLİFLİK HÜQUQU 2018 NAXKF.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.